satellite   Azerspace-1: 11135 H 30000

Sarayevo və Belqrad dünyanın ən çirkli havasına malik şəhərləri sırasındadır

Sarayevo və Belqrad dünyanın ən çirkli havasına malik şəhərləri sırasındadır

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo ilə Serbiyanın paytaxtı Belqrad dünyanın ən çirkli havasına malik şəhərləri sırasında ilk onluqda qərarlaşıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, “Dünyanın böyük şəhərlərində havanın keyfiyyəti” reytinqində Sarayevo ikinci, Belqrad isə yeddinci sırada yer alıb.

Qeyd edək ki, ötən gün ekoloqlar Belqradda havanın çirklənməsinə görə aksiya keçirib. Nümayişçilər hökuməti havanın çirklənməsi ilə mübarizə aparmağa çağırıblar.

Qışın yaxınlaşması ilə Balkan ölkələrində hava çirkliliyi öz təsirini göstərməyə başlayır. Havanın çirklənməsinə köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM