satellite   Azerspace-1: 11135 H 30000

Avropada min kubmetr qazın qiyməti 1340 dollara qalxıb

Avropada min kubmetr qazın qiyməti 1340 dollara qalxıb

Avropada noyabrın 3-də keçirilən hərracın gedişində qazın min kubmetrinin qiyməti 1340 dollaradək yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın dekabr fyuçersinin qiyməti ticarət gününün başlanğıcından bəri 8 faiz artıb.

Qiymət artımı regionda temperaturun aşağı düşməsi ilə izah olunur. Həmçinin Gassco qaz nəqli operatorunun məlumatına əsasən, Norveçin Asgard və Visund yataqlarından qaz tədarükü texnoloji problemlər səbəbindən demək olar ki, tamamilə dayandırılıb. Bundan əlavə, Amerikanın Freeport LNG şirkətinin qəzadan sonra maye qaz terminalının bərpasını dekabr ayınadək təxirə sala biləcəyi barədə məlumat yayılıb, halbuki daşımalara noyabrın ortalarında başlamaq planlaşdırılırdı.

Oktyabr ayında Avropada min kubmetr qazın orta qiyməti təxminən 1382 dollar təşkil edib. Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının maksimuma yaxınlaşması, mövsüm üçün anomal isti hava şəraiti və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması mavi yanacağın qiymətinin sentyabr ayı ilə müqayisədə enməsinə səbəb olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM