satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti terrorçulara xəbərdarlıq edib

Türkiyə Prezidenti terrorçulara xəbərdarlıq edib

“Terror təhdidini yox etmək strategiyamızı davam etdirəcəyik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara terrorçulara qarşı mübarizəni davam etdirəcək.

“Nə edirlərsə etsinlər, kimin arxasına gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur”, - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğan “G20” ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM