satellite   Azerspace-1: 11135 H 30000

Polşadakı partlayışlarla əlaqədar Şimali Atlantika Şurasının iclası keçiriləcək

Polşadakı partlayışlarla əlaqədar Şimali Atlantika Şurasının iclası keçiriləcək

NATO-nun baş katibi Yens Stoltenberq Polşadakı partlayışlarla əlaqədar bu gün Şimali Atlantika Şurasının iclasını keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat NATO-nun saytında açıqlanıb. Polşanın şərqində, Ukrayna ilə sərhədin yaxınlığında dünən baş verən partlayışları nəzərdən keçirmək üçün toplanacaq Şuranın iclasına Yens Stoltenberq sədrlik edəcək. Görüşdən sonra onun mətbuat konfransı keçirəcəyi gözlənilir.

“Ukrinform” agentliyinin yaydığı xəbərlərə görə, dünən Rusiya Ukraynanın şəhər və kəndlərinə kütləvi raket hücumu həyata keçirib. Polşanın Lüblin voyevodalığının ərazisində baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub.

Hazırda insidentlə bağlı araşdırmalar davam edir. Raketlərin mənşəyi və haradan atıldığı barədə hələlik konkret nəticə əldə olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM