satellite   Azerspace-1: 11135 H 30000

Andjey Duda: Polşaya düşən raketin Rusiyanın NATO üzv ölkəsinə qəsdən hücumu olduğuna dair heç bir əlamət yoxdur

Andjey Duda: Polşaya düşən raketin Rusiyanın NATO üzv ölkəsinə qəsdən hücumu olduğuna dair heç bir əlamət yoxdur

Çərşənbə axşamı Polşaya düşən raketin Rusiyanın NATO üzv ölkəsinə qəsdən hücumu olduğuna dair heç bir əlamət yoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Varşavada jurnalistlərə bildirib.

“Çox güman ki, bu, bədbəxt hadisə olub”, - deyən Duda bunun Ukraynanın hava hücumundan müdafiə raketi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, çərşənbə axşamı Polşanın Ukrayna sərhədindən bir qədər aralıda, Prjevodov kəndində partlayış nəticəsində iki nəfər ölüb. Hadisə yerli vaxtla saat 15:40 radələrində taxılqurutma maşınının yaxınlığında baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM