satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyalı milyarder Ukrayna iqtisadiyyatına 500 milyon dollar sərmayə qoyacaq

Avstraliyalı milyarder Ukrayna iqtisadiyyatına 500 milyon dollar sərmayə qoyacaq

Avstraliyalı milyarder Endryu Forrest hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın iqtisadi inkişafına yardım məqsədilə irimiqyaslı sərmayələr yatıracağını elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The Sydney Morning Herald” qəzetinə istinadla xəbər verir ki, Endryu Forrestin 740 milyon Avstraliya dolları (497 milyon ABŞ dolları) həcmində investisiya yatıracağı fond bu gün Kanberra şəhərində açılıb. Ukrayna hakimiyyəti fondun vəsaitindən istifadə etməklə ən müasir texnologiyalara əsaslanan müasir infrastruktur qura biləcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib, Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardımlar göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM