satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Netanyahu arasında telefon danışığı olub

Ərdoğanla Netanyahu arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi İsrail KİV-ə istinadən xəbər verir ki, danışığın detalları barədə məlumat yayılmayıb.

Qeyd edək ki, noyabrın 1-də İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilib. Bu siyasi kampaniyada Netanyahunun partiyası qalib gəlib. İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq üçün ona mandat verib. Koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM