satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukraina seyças”a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, raketlərdən 18-i noyabrın 17-də atılıb. Onlardan 6-sı havada vurulub.

Bundan başqa, bu gün Ukrayna səmasında İran istehsalı olan 5 “Şahid-136” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Rusiya qoşunları noyabrın 15-də isə Ukrayna ərazisinə 111 raket buraxıb.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın noyabrın 11-dən bəri Ukrayna ərazisinə atdığı 102 raket məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM