satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəyə ixrac olunan Rusiya taxılı yoxsul ölkələrə çatdırılacaq

Türkiyəyə ixrac olunan Rusiya taxılı yoxsul ölkələrə çatdırılacaq

Rusiyadan Türkiyəyə ixrac edilməsi nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının Afrikanın yoxsul ölkələrinə çatdırılması planlaşdırılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitindən qayıdarkən jurnalistlərə deyib.

"Bizim razılaşmamız var. Rusiyadan tədarük olunacaq taxıl emal edilərək una çevriləcək və daha sonra Afrikanın yoxsul ölkələrinə çatdırılacaq. ABŞ Prezidenti Co Bayden buna görə bizə təşəkkür etdi", - deyə Türkiyə Prezidenti bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM