satellite   Azerspace-1: 11135 H 30000

CNN: ABŞ-ın Ukrayna üçün silah sistemləri və sursatları tükənir

CNN: ABŞ-ın Ukrayna üçün silah sistemləri və sursatları tükənir

ABŞ-da Ukraynaya ötürülə bilən silah sistemləri və sursatları tükənmək üzrədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan üç ABŞ rəsmisinə istinadən xəbər verib.

Onlardan biri qeyd edib ki, ABŞ ordusunun doqquz ay ərzində Kiyevə daimi göndərişlər səbəbindən ehtiyatları tükənib.

Xüsusilə, söhbət 155 mm-lik döyüş sursatlarından, həmçinin “Stinger” portativ zenit-raket komplekslərindən gedir. Eyni zamanda, rəsmilər vurğulayıb ki, Ukraynaya tədarüklər ABŞ ordusunun döyüş hazırlığının ehtiyatlarına təsir etmir, çünki hər bir çatdırılma strateji ehtiyatlara təsiri baxımından qiymətləndirilir.

Bundan əlavə, Avropalı müttəfiqlər öz qüvvələrinin təchizatını saxlamaq zərurəti ilə əlaqədar Ukraynanın hərbi tələblərini adekvat şəkildə ödəyə bilmirlər.

“Biz bu müharibənin bir neçə günə bitəcəyini düşünürdük, amma indi illər də ola bilər. Qlobal təchizat zəncirlərinin iflasa uğradığı bir vaxtda Qərbin tələbi belə çox yüksək səviyyədə qarşılaması çox çətin olacaq”, – deyə Nümayəndələr Palatasının üzvü Maykl Kuiqli bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM