satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda törədilən terror aktı ilə bağlı 17 şübhəli həbs edilib

İstanbulda törədilən terror aktı ilə bağlı 17 şübhəli həbs edilib

İstanbulun İstiqlal prospektində törədilən terror aktı ilə bağlı hakim qarşısına çıxarılan 17 şübhəli həbs edilib. Onların arasında qanlı hadisəni həyata keçirən terrorçu Əhlam Əlbəşir də var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hadisə ilə bağlı bugünədək 51 şübhəli saxlanılıb.

Partlayışla əlaqədar İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaqa ikisi baş prokurorun muavini olmaqla on prokuror cəlb edilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM