satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna və Türkiyə prezidentləri taxıl sazişi və enerji məsələlərini müzakirə ediblər

Ukrayna və Türkiyə prezidentləri taxıl sazişi və enerji məsələlərini müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat verib.

"Mən taxıl sazişinin davam etdirilməsini alqışladım. #GrainFromUkraine təşəbbüsümüzə verdiyi dəstəyə görə təşəkkür etdim. Mən əmin etdim ki, Ukrayna ərzaq sabitliyinin qarantı olaraq qalacaq. Biz, həmçinin enerji əməkdaşlığını müzakirə etdik", - deyə Zelenski yazıb.

Qeyd edək ki, bu gün, həmçinin Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı olub. Bildirilir ki, liderlər taxıl müqaviləsinin davam etdirilməsi, eləcə də birgə qaz tranziti mərkəzinin yaradılması məsələlərini müzakirə ediblər.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin 120 gün uzadılmasını təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM