satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Ukraynaya 30 ədəd Gepard zenit qurğusu verib

Almaniya Ukraynaya 30 ədəd Gepard zenit qurğusu verib

Berlin vəd etdiyi 30 ədəd Gepard özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ədəd Gepard tədarük edib. Gepard Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - diplomatik missiyanın tviterdə dərc olunmuş məlumatında belə deyilir.

Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bildirmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir.

Gepard 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM