satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda əsgərin ölümü ilə bağlı bir neçə hərbçiyə ittiham irəli sürülüb

Ermənistanda əsgərin ölümü ilə bağlı bir neçə hərbçiyə ittiham irəli sürülüb

2021-ci il dekabrın 10-da Ermənistan ordusunun əsgəri Senik Arzumanyanın ölümü və daha iki nəfərin yaralanması ilə bağlı iş üzrə ibtidai istintaq başa çatıb, daha iki hərbçiyə qarşı ittiham irəli sürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl hərbi xidmətə çağırılan əsgərin hərbçiləri öldürməkdə və yaralamaqda şübhəli bilinərək həbs olunması barədə məlumat yayılmışdı.

İstintaq Komitəsi baş verənlərin bəzi təfərrüatlarını açıqlayıb. Müəyyən edilib ki, 2021-ci il dekabrın 10-da saat 19:30 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçuları arasında mübahisə yaranıb, bu zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu “AKM” markalı avtomatdan əsgər yoldaşlarına atəş açıb. Çağırışçı Arzumanyan ölümcül yaralanıb, daha iki əsgər isə müxtəlif güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı daha iki əsgər isə Ermənistan Cinayət Məcəlləsinin 521-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə (Hərbi qulluqçular arasında tabelik münasibətləri olmadıqda, onlar arasında münasibətlərin nizamnamə qaydalarını pozma) ilə ittiham olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM