satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. Onlardan birinin vəziyyəti ağırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir 28 yaşlı Əfqanıstan vətəndaşının zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini, süni nəfəs aparatına qoşulduğunu və vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edilib ki, son məlumatlara əsasən, 68 yaralı var. Bunlardan 26-sı xəstəxanada müalicə olunur. Ağır yaralılardan başqa vətəndaşların ümumi vəziyyəti yaxşıdır, ciddi problemi yoxdur.

Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM