satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.

Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: "Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM