satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada zəlzələdə ölənlərin sayı 310 nəfərə çatıb

İndoneziyada zəlzələdə ölənlərin sayı 310 nəfərə çatıb

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb, mindən çox yerli sakin xəsarət alıb.

Bundan başqa, 7 mindən çox insan hələ də evlərinə qayıda bilməyib.

Xatırladaq ki, zəlzələnin episentri paytaxt Cakartadan 74 kilometr cənub-şərqdə olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 kilometr dərinlikdə baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM