satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin iki hərbçisi şəhid olub

Türkiyənin iki hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, ikisi şəhid olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə bir hərbçi şəhid olub, üçü yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin edilən tibbi müdaxilələrə baxmayaraq hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Digər iki hərbçinin müalicəsi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM