satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib

Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib

Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Afinanın şimal-şərqindən 58 kilometr aralıda, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Afina Geodinamik İnstitutundan bildirilib ki, seysmoloqlar Evbea adasının sahillərində də 4,2 və 4,1 bal gücündə yeni yeraltı təkanlar qeydə alıblar. Yeraltı təkanların mənbəyi 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Evbea və Attikanın mərkəzi bölgəsində, o cümlədən Afinada hiss olunub.

Evbeanın bir neçə bölgəsində profilaktik məqsədlər üçün məktəbləri bağlayıblar. Dağıntılar barədə məlumat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM