satellite   Azerspace-1: 11135 H 30000

Sofiyada Şərqi Avropanın ən böyük planetariumu açılıb

Sofiyada Şərqi Avropanın ən böyük planetariumu açılıb

Bolqarıstanın paytaxtı Sofiyada Şərqi Avropada kosmosun tədqiqi üzrə ən böyük mərkəzə çevrilən ölkənin ilk planetariumunun açılışı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, strukturun zallarında ulduzlu səmanın xəritəsi nümayiş etdirilir, kompleksin muzey eksponatları arasında meteorit fraqmentləri və kosmik uçuş aparatlarının hissələri təqdim olunur, rəsədxanada ziyarətçilər müasir teleskoplardan istifadə edə bilirlər.

Planetariumun fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə Sofiya meri Yordanka Fandıkova və bolqar kosmonavt Georgi İvanov da iştirak ediblər.

Qeyd edək ki, daha əvvəl Bolqarıstan hökuməti yeni milli kosmik tədqiqat proqramının başlandığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM