satellite   Azerspace-1: 11135 H 30000

Meksika millisinin baş məşqçisi istefa verib

Meksika millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən mundialın qrup mərhələsinin üçüncü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb. Argentinalı baş məşqçi komandanın mərhələ adlaya bilməməsinə görə məsuliyyəti üzərinə götürüb. X.Martino 2019-cu ildən Meksika millisində işləyib.

Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM