satellite   Azerspace-1: 11135 H 30000

BMT: Gələn il 45 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək

BMT: Gələn il 45 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək

BMT 2023-cü il üçün indiyədək ən böyük həcmdə - 51,5 milyard dollar dəyərində humanitar yardım tələb edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, bu məbləğ əvvəlki dövrə nisbətən 25 faiz çoxdur. Təşkilatın 2023-cü il Qlobal Humanitar Yardım üzrə Ümumi Layihəsinə əsasən, gələn il humanitar yardım alacaq insanların sayının 2022-ci ilə nisbətən 65 milyon artaraq 69 ölkədə təxminən 339 milyon nəfərə çatacağı təxmin edilir. 2023-cü ildə 37 ölkədə 45 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək.

Qeyd edək ki, bu il humanitar təşkilatlar yardıma ən çox ehtiyacı olan 157 milyon insana maddi dəstək göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM