satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb

Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb

Ermənistanda hərbi hissə komandiri yanacaq üçün ayrılan talonları mənimsəyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Yüksək rütbəli hərbçi bir il ərzində 8 tondan çox benzin və dizel yanacağı talonunu mənimsəyib. Onun 1 il ərzində mənimsədiyi yanacaq talonlarının pul ekvivalentində ümumi dəyəri 2,44 milyon dram (6 min ABŞ dolları) təşkil edib.

Hərbi hissə komandiri barədə açılmış iş Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və özünü təqsirli bilən şəxs əməllərini etiraf edib, dövlətə dəymiş ziyanı da ödəyib.

Prokuror isə Ermənistan Müdafiə Nazirliyi qarşısında təqsirləndirilən şəxsin hərbi xidmətini bundan sonra da hərbi hissə komandiri kimi davam etdirməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməsi barədə vəsatət qaldırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM