satellite   Azerspace-1: 11135 H 30000

BMT Venesueladan olan qaçqınlara 1,63 milyard avro həcmində yardım planı hazırlayıb

 BMT Venesueladan olan qaçqınlara 1,63 milyard avro həcmində yardım planı hazırlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Venesueladan olan qaçqınlar və miqrantlar üçün idarələrarası əlaqələndirmə platforması (R4V) Latın Amerikasında və Karib hövzəsində məskunlaşan venesuelalı qaçqın və miqrantların əsas tələbatlarının təmin edilməsi məqsədilə 2023-cü il üçün təqribən 1,63 milyard avro həcmində regional plan hazırlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin qaçqınlar üzrə agentliyi və Beynəlxalq miqrasiya təşkilatının başçılıq etdiyi R4V-nin platformasının bəyanatına görə, bu fövqəladə vəziyyət başladıqdan bir neçə il keçməsinə baxmayaraq, milyonlarla venesuelalı qaçqının əvvəlki kimi gündə 3 dəfə qidalanmaq imkanı, münasib və ya təhlükəsiz evləri yoxdur. Onlar tibbi xidmətdən istifadədə və işə düzəlməkdə müxtəlif maneələrlə qarşılaşırlar.

Təqribən 1,63 milyard avro həcmində vəsait humanitar tələbatların ödənməsinə istiqamətlənəcək, qaçqın və miqrantları qəbul edən ölkənin səylərini tamamlayacaq və dəstəkləyəcək.

7 milyondan çox venesuelalı qaçqın və miqrant təhlükəsizlik və sabitlik axtarışında öz ölkələrini tərk edib. Onların əksəriyyəti – təxminən 6 milyon nəfər Latın Amerikası və Karib hövzəsinin 17 ölkəsində yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM