satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Kiyevə yeni hərbi yardım paketini bu gün elan edəcək

ABŞ Kiyevə yeni hərbi yardım paketini bu gün elan edəcək

ABŞ hakimiyyəti piyadaların döyüş maşını - “Bradley” də daxil olmaqla, Kiyevə yeni hərbi yardım paketini yanvarın 6-da açıqlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərin suallarına cavab verərkən bildirib.

“Cümə günü Ukraynaya növbəti hərbi yardım paketinin elan ediləcəyi gözlənilir. Paketə “Bradley” döyüş maşınlarının tədarükü də daxildir”, - Rayder jurnalistlərə belə deyib.

Bir müddət öncə Associated Press agentliyi amerikalı rəsmilərə istinadla məlumat yaymışdı ki, Birləşmiş Ştatlar Ukraynaya 2,85 milyard dollarlıq yeni hərbi yardım paketi ayıracaq. Yardım paketinə ilk dəfə olaraq onlarla “Bradley” döyüş maşınları daxil ediləcək. Bu, Pentaqonun Kiyevə hərbi yardım paketlərinin ən böyüyüdür.

Ukraynaya “Bradley” döyüş maşınlarından başqa, HMMWV yük avtomobilləri, minadan mühafizə sisteminə malik təkərli MRAP zirehli maşınları, habelə böyük miqdarda raketlər və digər döyüş sursatları tədarük olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM