satellite   Azerspace-1: 11135 H 30000

Reznikov: Qərb müttəfiqləri 2023-cü ildə Ukraynaya silah yardımını davam etdirəcək

Reznikov: Qərb müttəfiqləri 2023-cü ildə Ukraynaya silah yardımını davam etdirəcək

Qərb müttəfiqləri 2023-cü il ərzində Ukraynaya silah yardımını davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Ukraynanın müdafiə naziri Aleksey Reznikov telemarafonun efirində söyləyib.

"Əsas odur ki, tərəfdaşlarımız Ukraynaya dəstəyi sistemli və sabit şəkildə görürlər. Bu gün tərəfdaşlarımız artıq öz istehsalçıları ilə müqavilələr imzalayıb, onların müdafiə sənayesi artıq öz yolundadır və ən əsası, bu tədarüklər ilboyu dinamik olacaq. Mənim tərəfdaşlarımızdan təminatım var”, - deyə Reznikov vurğulayıb.

Nazirin sözlərinə görə, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) növbəti görüşündə 2023-cü ildə Ukraynaya silah tədarükü planları da müzakirə olunacaq. Tədbirin tarixi razılaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM