satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Ukrayna beynəlxalq tərəfdaşlarından 27 milyard dollar maliyyə yardımı alıb

Ötən il Ukrayna beynəlxalq tərəfdaşlarından 27 milyard dollar maliyyə yardımı alıb

Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna (27 milyard ABŞ dolları) alıb. Bu məbləğin 410 milyard qrivnası (11,2 milyard dollar) ABŞ tərəfindən köçürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, Ukraynaya beynəlxalq maliyyə yardımını, əsasən, ABŞ, Avropa İttifaqı ölkələri, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu, Kanada, Böyük Britaniya, Dünya Bankı və Yaponiya edib.

"Keçən il Ukraynaya maliyyə dəstəyi göstərən bütün ölkələrin hökumətlərinə və xalqlarına minnətdarıq. Bunun sayəsində biz pensiyaları, sosial ödənişləri, müəllimlərin və həkimlərin maaşlarını bir gün belə gecikdirmədik", - deyə Şmıqal şərh edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM