satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: “Vaqner” tam şəkildə Kremldən idarə olunur”

Pentaqon: “Vaqner” tam şəkildə Kremldən idarə olunur”

“Vaqner” silahlı qruplaşması müstəqil struktur deyil və tam şəkildə Kremldən idarə olunur”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper deyib.

Onun sözlərinə görə, “Vaqner” müstəqil təşkilat deyil, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir hissəsi kimi Kremlin dəstəyi ilə fəaliyyət göstərir.

L.Kuper Kremlin “Vaqner qrupu”na Ukraynada döyüşmək üçün həbsxanalardan məhbusları cəlb etmək icazəsi verdiyini vurğulayıb: "Vaqner qrupu” ilə Rusiyanın hakimiyyət orqanları arasında “simbiotik əlaqələr” və hərəkətlərin koordinasiyası mövcuddur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM