satellite   Azerspace-1: 11135 H 30000

Fransada dərman qıtlığı ilə bağlı gərginlik davam edir

Fransada dərman qıtlığı ilə bağlı gərginlik davam edir

Fransada dərman qıtlığı ilə bağlı gərginlik davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ölkədə qrip, COVID-19 və bronxit epidemiyası ilə bağlı 300 adda dərman ehtiyatı tükənib. Dolipran, Efferalqan kimi çox işlənən dərmanlarla bağlı ciddi qıtlıq yaşanmaqdadır. Həkimlər bildirirlər ki, apteklərin 70 faizində antibiotik- amoksisillin yoxdur. Antibiotikin uşaqlar üçün xüsusilə vacib olduğu qeyd edilir.

Bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə əczaçılıq məhsullarının mövcudluğuna nəzarət edən Dərmanların və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentlik (ANSM) dekabrın sonunda apteklərə müstəsna və müvəqqəti olaraq amoksisillin istehsal etməyə icazə verib. Yanvarın əvvəlində hökumət ayın sonuna qədər parasetamol məhsullarının onlayn satışını qadağan edib. Bu qərar xüsusilə Dolipran və Dafalgan kimi dərmanlara aiddir. Çünki parasetamol əsaslı dərmanların çatışmazlığı ilə bağlı gərginlik altı aydan çoxdur ki, davam edir.

ANSM-in əlçatmazlığı ictimai sağlamlıqda böyük problemlər doğuracaq dərmanlarla bağlı gərginliklərə dair gündəlik məlumatları yeniləyir. Dərmanlar bazardakı gərginlikdən asılı olaraq dörd müxtəlif kateqoriyaya bölünür: istehsalı dayandırılmış, anbarda tükənmiş, çatışmayan və ya mövcud olan.

Fransada dərman çatışmazlığına, xüsusilə də Dolipran və Amoksisillinin aktiv maddələrinin 80 faizinin istehsal olunduğu Çində COVID-19 epidemiyasının tüğyan etməsi təsir edib.

Yanvarın 5-də ANSM ölkədə artıq 302 adda dərman qıtlığı olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM