satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan və Çin müntəzəm aviareysləri bərpa edib

Özbəkistan və Çin müntəzəm aviareysləri bərpa edib

Özbəkistan və Çin koronavirus pandemiyası ilə əlaqədar üç illik fasilədən sonra müntəzəm aviareysləri yanvarın 10-dan etibarən bərpa edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistan mediası bu barədə “Uzbekistan Airways” aviakompaniyasının administrasiyasına istinadla məlumat yayıb.

“Yanvarın 10-da yerli vaxtla saat 02:10-da pandemiya ilə əlaqədar üç illik fasilədən sonra Özbəkistanın aviadaşıyıcısı Daşkənd-Pekin-Daşkənd marşrutu üzrə ilk müntəzəm sərnişin reysini həyata keçirib”, - deyə aviakompaniyanın nümayəndəsi bildirib. Yanvarın sonunadək bu marşrutla uçuşlar həftədə bir dəfə, fevralda isə həftədə iki dəfə həyata keçiriləcək.

Özbəkistanla Çin arasında müntəzəm hava əlaqəsi 2020-ci ilin fevralında dayandırılıb. Uçuşların bərpası Çinin pandemiya məhdudiyyətlərini yumşaltmasından sonra mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM