satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə yeni PUA uğurla sınaqdan keçirilib - VİDEO

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Bu ildə istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.

Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini yerinə yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM