satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə tərəfi Stokholmdakı təxribatçı aksiyalara etirazını bildirib

Türkiyə tərəfi Stokholmdakı təxribatçı aksiyalara etirazını bildirib

PKK/PYD/YPG terror təşkilatı tərəfdarlarının Stokholm şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın da hədəf alındığı terror xarakterli aksiyaya etiraz olaraq İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İsveçin üçtərəfli anlaşmada götürdüyü öhdəliyi açıq şəkildə pozan bu aksiyanın Türkiyəni təhdid etdiyi və bu cür terror aktlarının dayandırılması səfirdən tələb edilib.

Bu çərçivədə adıçəkilən terroru törədən və təşkil edənlərin tapılmasını tələb edən Türkiyə lazım olan tədbirlərin görülməsi və İsveçdən götürdüyü öhdəlikləri yerinə yetirməsinin gözlənildiyi vurğulanıb.

Terrorçu təşkilat tərəfdarlarının Stokholmda törətdiklərini rəzalət kimi dəyərləndirən Türkiyə rəsmiləri İsveç tərəfini quru sözlə deyil, götürdüyü öhdəlikləri real şəkildə həyata keçirməyə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM