satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib

Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıqlar sayəsində gücünü artırmaqda davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.

Bildirilir ki, T-70 tipli helikopter TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilib.

Arsenala yeni daxil edilən helikopter TSQ-nin Konyadakı hava qüvvələrinə məxsus hərbi hissənin xidmətinə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM