satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan KTMT-ni fəaliyyətsizlikdə ittiham edib

Ermənistan KTMT-ni fəaliyyətsizlikdə ittiham edib

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ya fəaliyyət göstərməli, ya da mövcud olmadığını bildirməlidir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.

O, KTMT-ni məsuliyyət zonasını müəyyən etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında KTMT sülhməramlılarının ölkə ərazisində təlim keçməsini məqsədəuyğun saymadıqlarını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM