satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyanın Soledarı ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib

Ukrayna Rusiyanın Soledarı ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, o, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib. 

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM