Seneqalın şimalında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Əl Cəzirə“ məlumat yayıb.
Bildirilib ki, Seneqalın Qəza Sakal şəhəri yaxınlığında baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Xatırladaq ki, 1 həftə öncə ölkənin mərkəz hissəsində yerləşən Kafrin şəhəri yaxınlığında da qəza baş verib. Həmin hadisə zamanı iki avtobusun toqquşması nəticəsində 42 nəfər ölüb.
