satellite   Azerspace-1: 11135 H 30000

Hindistan 2023-cü ildə əhali sayına görə Çini ötə bilər

Hindistan 2023-cü ildə əhali sayına görə Çini ötə bilər

Hindistan bu il ərzində əhalinin sayına görə Çini ötə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “World Population Review” statistika təşkilatının çərşənbə günü dərc olunan tədqiqatında deyilir.

Təşkilatın real vaxt rejimində təqdim etdiyi məlumata görə, hazırda Hindistanın əhalisi 1 milyard 422 milyon 706 min 266 nəfər, Çinin əhalisi isə 1 milyard 425 milyon 831 min 275 nəfərdir. Ekspertlərin fikrincə, Hindistan 2023-cü ildə əhali sayına görə Çini keçəcək. Hesablamalara əsasən, 2023-cü ildə Çində əhalinin illik artım tempi mənfi 0,1 faizdən mənfi 0,3 faizə qədər azala, Hindistan əhalisinin artım tempi isə müsbət 0,69 faizdən müsbət 0,92 faizə qədər yüksələ bilər.

Araşdırmada həmçinin Hindistanda əhalinin sayının 2060-cı ildə 1,7 milyarda yüksələcəyi, Çin əhalisinin sayının isə 1,2 milyarda qədər azalacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM