satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Rusiya Ukrayna Prezidentinin sülh təşəbbüsləri ilə razılaşa bilməz

Sergey Lavrov: Rusiya Ukrayna Prezidentinin sülh təşəbbüsləri ilə razılaşa bilməz

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh təşəbbüsləri ilə razılaşa bilməz.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib ki, G7 ölkələrinin liderlərinə müraciətdə V.Zelenski 10 bənddən ibarət plan təqdim edib. Bu plana ərzaq, enerji təhlükəsizliyi, Rusiya qoşunlarının “hər yer”dən çıxarılması və sair tələblər daxil idi.

S.Lavrov Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərindən danışaraq bildirib ki, Avropa Ukrayna ərazisindən Rusiyaya qarşı plasdarm kimi istifadə etmək istəyirdi. Bundan əlavə, S.Lavrov Ukraynada rusdilli əhalinin hüquqlarının qorunmasını səbəb göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM