satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

"Rusiya ilə Ukrayna arasında təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

"Bizə görə müharibə müzakirə masasında başa çatacaq. Ədalətli sülh əldə olunmalıdır. Əlbəttə, Ukrayna torpaqları işğal altındadır. Tərəflərdən heç biri birtərəfli sülhü qəbul etməz”, - o vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Ukraynadakı savaşın nəticəsi ilə bağlı proqnoz vermək çox çətindir: “Bizim hər iki tərəflə yaxşı əlaqələrimiz var. Ona görə də Moskva əleyhinə sanksiyalara qoşulmadıq. Əksinə, NATO ölkəsi olmağımıza baxmayaraq, Rusiya ilə təmaslarımızı davam etdirdik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM