satellite   Azerspace-1: 11135 H 30000

KİV: Co Bayden Polşaya səfəri zamanı Volodimir Zelenski ilə görüşə bilər

KİV: Co Bayden Polşaya səfəri zamanı Volodimir Zelenski ilə görüşə bilər

ABŞ Prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri əsnasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Polşanın “Dziennik Gazeta Prawna” qəzetinə istinadla xəbər verir ki, görüşün fevralın sonlarında Varşava və ya Jeşuv şəhərində baş tutacağı gözlənilir.

Kiyevdəki mənbələrin məlumatına görə, Volodimir Zelenski görüşdə dinc nizamlama planını təqdim edəcək və Ukraynaya həsr olunan beynəlxalq konfransın təşkilinə çağıracaq. Həmçinin görüşdə Ukraynaya təhlükəsizlik zəmanəti və əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM