satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb

Türkiyə Prezidenti TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Prezident Ərdoğanın çıxışında Türkiyənin son dövrlərdə qazandığı güc və təcrübə ilə dünyanın ən önəmli ölkələrindən birinə çevrildiyini bildirib. Türkiyə dövlətinin başçısı, həmçinin onun bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün heç bir maneənin olmadığını deyib.

Prezident Ərdoğan son vaxtlar İsveçdə müşahidə olunan islamofob meyllərə də toxunub, İsveç və Finlandiyadan bunun qarşısının alınması ilə bağlı üzərilərinə götürdükləri öhdəliklərə əməl edəcəklərinə inandığını vurğulayıb.

Türkiyə Prezidenti eyni zamanda Rusiya-Ukrayna müharibəsinə toxunub, Ukraynaya tankların göndərilməsinin münaqişənin həlli yolu olmadığını qeyd edib.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhlükəsizliyinə yönələn hərəkətlərə layiqli cavabın veriləcəyini də diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM