satellite   Azerspace-1: 11135 H 30000

Taylandın 460 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Taylandın 460 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Taylandın 460 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “World's Air Pollution” Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, cümə axşamı günü ölkənin bir sıra bölgələrində havanın çirkliliyi normadan bir neçə dəfə çox olub. Ölkənin beş rayonunda havanın keyfiyyət indeksi qəhvəyi səviyyəyə (təhlükəli) qalxıb. Normal göstərici 50 bal olduğu halda, həmin rayonlarda çirkliliyin dərəcəsi 301-371 arasında dəyişib. Daha 60 rayonda, o cümlədən paytaxt Banqkokun 15 rayonunda çirkli hava hər kəsin sağlamlığına mənfi təsir (bənövşəyi səviyyə) göstərə bilər.

Hakimiyyət orqanları tənəffüs xəstəlikləri olan insanların açıq havada daha az vaxt keçirmələrini tövsiyə ediblər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM