satellite   Azerspace-1: 11135 H 30000

Süleyman Soylu: "Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir”

Süleyman Soylu: "Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir”

"Niderland, Böyük Britaniya və Almaniyanın Türkiyədəki konsulluqlarını bağlaması ölkəmizə qarşı psixoloji müharibədir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2022-ci ilin yekunlarına dair yığıncaqda bildirib.

O, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan qruplaşmaları kimlərin təmin etdiyini bildiklərini vurğulayıb: “Terrorçu PKK/PYD-YPG-ni ABŞ təmin edir. ABŞ və Qərb dövlətləri pul, logistika və insan resursları ilə təmin etdiyi qruplaşma ilə terror dövləti qurmaq xəyalından əl çəkməyib”.

Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM