satellite   Azerspace-1: 11135 H 30000

KİV: “Türkiyə ABŞ və digər ölkələrdən hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”

KİV: “Türkiyə ABŞ və digər ölkələrdən hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”

“Türkiyə ABŞ-dan ölkədə hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Bəyanatlarında dəqiq ünvan göstərərək mümkün terror aktı barədə məlumat verən bu ölkələrin heç biri Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə saxlamayıb. Kəşfiyyat və təhlükəsizlik mənbələri ABŞ və digər ölkələrdən heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almadığını bildiriblər”, - mənbə vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ səfirliyi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM