satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada “Bayraktar” istehsalı ilə daha bir razılıq əldə olunub

Ukraynada “Bayraktar” istehsalı ilə daha bir razılıq əldə olunub

Ukraynada “Bayraktar” zavodunun yerləşəcəyi ərazi ilə bağlı razılıq əldə olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, mərkəzin yeri, torpaq sahəsinin istifadəyə verilməsi və aerodromdan birgə istifadə məsələlərinin həlli ilə bağlı yol xəritəsi hazırlanıb.

Qeyd olunub ki, zavod üçün 6000 hektardan çox torpaq sahəsi ayrılıb.

Nazirlər Kabineti 2025-ci ildə Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatları zavodunun işə salınacağını və ilk istehsalını proqnozlaşdırır.

Xatırladaq ki, Ukraynada "Bayraktar TB2" istehsalı zavodunun tikintisi üçün bütün qanunvericilik bazası formalaşıb və gələcək müəssisənin layihəsi tamamlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM