satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyasının rəhbəri Ukraynaya 2 GVt elektrik enerjisi tədarükünü elan edib

Avropa Komissiyasının rəhbəri Ukraynaya 2 GVt elektrik enerjisi tədarükünü elan edib

Avropa İttifaqı (Aİ) Ukraynanın elektrik şəbəkələrini 2 GVt elektrik enerjisi ilə təchiz etməyi planlaşdırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ukrayna-Aİ sammitinin yekunlarına dair brifinqdə deyib.

“Rekord müddətdə şəbəkələrimizi sürətlə birləşdirəndə, Aİ-yə elektrik enerjisi ixrac edən Ukrayna idi. İndi vəziyyət fərqlidir və Ukraynanın elektrik enerjisinə ehtiyacı var. Ona görə də biz sizə lazım olan 2 GVt-ı təmin edəcəyik”, - deyə o bildirib.

Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ukraynanın bərpa üçün ayrılan ilk 1 milyard avronu tezliklə alacağını açıqlayıb.

Qeyd edək ki, bir gün əvvəl Kiyev Brüsselə Aİ ölkələrindən Ukraynaya elektrik enerjisi ixracı limitini 2 GVt-a çatdırmağı təklif edib. Bu, indiki həcmdən 4 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM