satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada güclü külək və qar 100 min evi işıqsız qoyub

Çexiyada güclü külək və qar 100 min evi işıqsız qoyub

Çexiyada güclü külək və qar səbəbindən elektrik sistemində çoxsaylı qəzalar baş verib - 100 min ev işıqsız qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Praqa radiosuna istinadla xəbər verir ki, elektrik təchizatında ən çətin vəziyyət ölkənin şərq və cənub-şərq regionlarında müşahidə edilir. Bəzi rayonlarda güclənən çovğun təmir briqadalarının işini çətinləşdirir. Həmçinin küləyin aşırdığı ağaclar və qar yığınları nəqliyyatın hərəkətinə mane olur.

Çexiyanın meteorologiya xidmətləri yaxın günlərdə hava şəraitinin daha da kəskinləşəcəyi, küləyin güclənəcəyi, dağlıq rayonlarda qar qalınlığının yarım metrə çatacağı və uçqunlar ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM