satellite   Azerspace-1: 11135 H 30000

AFR Kiyevi 160-a qədər “Leopard 1” tankı ilə təmin edə bilər

AFR Kiyevi 160-a qədər “Leopard 1” tankı ilə təmin edə bilər

Almaniya Ukraynanı sənaye ehtiyatlarından 160-dək “Leopard 1” əsas döyüş tankı ilə təmin edə bilər. Bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mənbənin məlumatına görə, Almaniyanın “Rheinmetall” müdafiə konserni və “Flensburger Fahrzeugbau Gesellschaft mbH” (FFG) şirkəti öz maşınlarının əksəriyyətini təmir edərək Ukraynaya ixrac üçün hazır vəziyyətə gətirə bilər. FFG-də 99 ədəd “Leopard 1” tankı, “Rheinmetall”da isə bu modeldən daha 88 ədəd əsas döyüş tankı var. Lakin tankların yola salınmağa tam hazır olacağı vaxt hələlik məlum deyil. Onların bəzilərinin vəziyyəti qənaətbəxş deyil. Bir qisminin komponentləri digər “Leopard” tanklarını təmir etmək üçün istifadə oluna bilər.

Yanvarın 25-də ABŞ hökuməti Kiyevə 31 ədəd “M1 Abrams” tankı vermək niyyətində olduğunu bildirib. Həmin gün Almaniya hökuməti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM