satellite   Azerspace-1: 11135 H 30000

Britaniya fevralda "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

Britaniya fevralda "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

Britaniya hökuməti ABŞ-ın qərarına qoşulmaq və "Vaqner"i terror təşkilatı kimi tanımaq niyyətindədir. Belə olsa özəl hərbi şirkətə üzvlük cinayət kimi tanınacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "The Telegraph"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi fəal şəkildə “Vaqner”ə qarşı sanksiyalar üzərində işləyir.

Jurnalistlər müəyyən ediblər ki, London tərəfinin belə bir addımı təkcə təşkilatın sıralarına üzvlüklə bağlı deyil, həm də “Vaqner”in tədbirlərində iştiraka, habelə müvafiq simvollardan istifadəyə görə cinayət məsuliyyətini nəzərdə tutur.

Həmçinin “Vaqner” terror təşkilatları siyahısına salınması şirkətə Britaniya daxilindən maliyyə axınına mane ola bilər.

Nəşrin məlumatına görə, 2023-cü ilin yanvarından Böyük Britaniya hökumətində sanksiya tətbiq etmək və “vaqnerçilər”in fəaliyyətini məhdudlaşdırmaq niyyəti eşidilir. Bununla belə, rəsmilər fevralın 6-da planlaşdırılan müzakirələrdə daha qətiyyətli müzakirələrə başlamağa hazırdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM