satellite   Azerspace-1: 11135 H 30000

Alp dağlarında qar uçqunları nəticəsində 10 nəfər ölüb

Alp dağlarında qar uçqunları nəticəsində 10 nəfər ölüb

Alp dağlarında həftəsonu baş vermiş qar uçqunları nəticəsində Avstriya, İsveçrə və İtaliyada, ümumilikdə, 10 nəfər həyatını itirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, fevralın 5-də səhər saatlarında Lenqenfeld dağlıq ərazisində üç ekstremal idmançı dəniz səviyyəsindən 2830 metr yüksəkdə qar uçqunu altında qalaraq ölüb. Sankt Anton am Arlberq dağ-xizək regionunda isə iki qış idmançısı qar uçqunu altında qalaraq həlak olub.

Bazar günü 62 yaşlı bir xizəkçinin cəsədi Kaunerberq dağlıq ərazisində, Şərqi Tirolda isə qartəmizləyən traktorun sürücüsünün cəsədi idarə etdiyi texniki vasitə ilə birlikdə qar uçqunu altından tapılıb.

Xizək kurortlarında ölənlər arasında Yeni Zelandiya, Çin və Almaniyadan olan turistlər də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM